Məleykə Abbaszadə Kamran Əsədovdan danışdı

19:44 - 4 Fevral 2026 - GÜNDƏM

 Məleykə Abbaszadə Kamran Əsədovdan danışdı

Hazırda iki proses gedir. Mən istəmirəm bu prosesə cəlb olunanların adını çəkim. Ən pisi odur ki, bunların arasında müxtəlif hazırlıq fəaliyyəti ilə məşğul olan şəxslər var.

BUTA.TV Modern.az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərin təhsil eksperti Kamran Əsədovla bağlı sualına cavab verərkən bildirib.

O qeyd edib ki, bu cür şəxslər DİM-lə abituriyent və cəmiyyət arasında nifaq salıblar, səhv informasiya veriblər.

“Çox istərdim ki, bu cür insanlar təhsildən uzaqlaşsınlar”, – o əlavə edib.

Bu xəbər hal-hazırda çox oxunur
Müğənni Xananın toyu oldu - VİDEO

Xatırladaq ki, Kamran Əsədov ekspert tanışı Gündüz Abbasovla birlikdə 2025-ci ildə keçirilən qəbul və buraxılış imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunur və hazırda həbsdədir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol