ABŞ-ın Bakıdakı səfirliyi futbol üzrə dünya çempionatına bileti olan şəxslər üçün viza proseduru ilə bağlı görüş təşkil edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə səfirliyin X sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"FİFA Dünya Kuboku 2026 oyunlarını izləmək məqsədilə bu il ABŞ-yə səfər edəcək bilet sahibləri üçün xoş xəbər - ABŞ vizası üçün prioritet görüş imkanı təqdim edirik! Əgər bileti birbaşa FİFA-dan almısınızsa, indi FİFA PASS proqramına qoşula bilərsiniz", - səfirliyin məlumatında bildirilib.
Qeyd edək ki, DÇ-2026-da ilk dəfə 48 komanda iştirak edəcək. Turnir 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
“Sea Breeze”də su nasosunda sıxılı qalan 4 yaşlı uşaq öldü - Yenilənib
- Deputatın oğlu MİT-ə qəbul olundu
- Deputatın oğlu MİT-ə qəbul olundu
- Mozalanın çəkildiyi metro stansiyası hansıdır? - Video
- “Amay”da öldürülən şəxs iş adamı imiş - Fotolar
- 55 yaşlı kişi faciəvi şəkildə öldü
- İmişlidə ağır qəza: ölən var
- Onlar üçün gün aydın olmadı... - Fotolar
- Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq