Paytaxtda yeni binalarda mənzil sayı artdıqca qaraj yerlərinin azlığı dayanacaq problemi yaradır.
BUTA.TV "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, paytaxtın mənzil bazarında kvadratmetrlər artdıqca, avtomobillərin dayanacaq problemi daha da kəskinləşir. Yeni inşa olunan çoxmənzilli binalarda mənzil sayı ilə yeraltı dayanacaq yerləri arasındakı tərs mütənasiblik binların ətrafında avtomobil xaosu yaradır.
Ekspertlər bildirir ki, tikinti şirkətləri çox vaxt mənfəəti parkinq rahatlığından üstün tuturlar.
Elnur Fərzəliyev deyir ki, bəzi ərazilərdə bir avtomobil yerinin qiyməti ölkənin bölgələrində orta statistik mənzil qiymətinə bərabərdir. Bu isə o deməkdir ki, sakinlər ya illik gəlirlərini bir neçə kvadratmetrlik beton sahəsinə verməli, ya da hər axşam maşın saxlamaq üçün yer axtarışına çıxmalıdırlar. Qiymətin əlçatmazlığı isə yeraltı qarajların boş qalmasına, küçələrin isə iflic olmasına gətirib çıxarır.
Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
Ekspert bildirib ki, binalarda dayanacaq sayı qaraj sayından az olduqca, binaların ətrafındakı yollar və piyada səkiləri məcburi qaraj funksiyasını yerinə yetirir. Əgər yaxın gələcəkdə tikinti normalarında parkinq yerlərinin sayı mənzil sayına uyğunlaşdırılmazsa, paytaxtın məhəllədaxili yollarının çoxu tamamilə keçilməz olacaq.
- Azərbaycanda həkimlər həbs olundu
- Azərbaycanda adambaşına düşən torpaq sahəsi... - Professor
- Arif Həsənovun 25 milyonluq əmlakı müsadirə olundu - Foto
- Sabah Bakıya qar yağacaq
- Kimlərin maaşları artacaq? - Millət vəkili
- Şəxsi məlumat yayan media subyekti məsuliyyət daşıyacaq
- Nazir rektorun oğlunu vəzifədən azad etdi - Foto
- Yeni baş nazir Cabbar Musayev kimdir? – Dosye