Britaniyanın “Quardian” qəzeti ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin İrəvana səfəri barədə məlumat verərkən bir detala diqqət çəkib. Standart protokola uyğun olan qırmızı xalça əvəzinə, Vensin təyyarəsinin pilləkənləri önünə şərq naxışlı xalça sərilib, bu da “erməni qonaqpərvərliyinin, ənənəsinin və bəlkə də milli kimliyinin jesti kimi” təqdim olunub.
BUTA.TV xəbər verir ki, bu barədə “Qafqaz bürosu” məlumat yayıb.
“Protokoldan başlayaq. ABŞ vitse-prezidenti səviyyəsində səfərlər üçün təyyarənin pilləkənlərində standart qırmızı xalçadan istifadə olunur. Hər zaman. Milli xalçalara, ornamentlərə və ənənəvi dekorativ elementlərə icazə verilir, lakin bunlar yalnız yaşayış yerlərində və iclas otaqlarında mümkündür. “Ənənəvi” xalçanın trapın yanında görünməsi qonaqpərvərlik jesti deyil, nümayişkaranə simvolik bir hərəkətdir. Yeganə sual burada hansı simvolun seçilməsidir”, - məlumatda deyilib.
Xalçanın fotoşəkilini büroya şərh edən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Milli Xalça Muzeyinin keçmiş direktoru Şirin Məlikova bildirib ki, Vensin təyyarəsinin qarşısına Qarabağ xalçası sərilib:
“Bu, Qarabağ məktəbinin ən məşhur kompozisiyalarından biridir və dünyanın aparıcı muzeylərində və şəxsi kolleksiyalarında yüksək qiymətləndirilən “əjdaha xalçaları” dövrünə gedib çıxır. Yəni, aydın regional və mədəni atributlara malik Azərbaycan xalça sənətinin klassik nümunəsidir. 2020-ci ildə İtaliyadakı şəxsi kolleksiyadan Azərbaycan Milli Xalça Muzeyi üçün oxşar XVIII əsrə aid Qarabağ xalçası əldə edilib. Erməni xalçaçılığı sənaye formasında daha sonra, Rusiya imperiyasının gəlişi ilə inkişaf edib”.
Büro vurğulayıb ki, diplomatiya, jurnalistikadan fərqli olaraq, bu cür simvolları diqqətlə oxuyur:
“Nəticə paradoksaldır: qonağını heyran etmək üçün İrəvan öz protokol jestini Qarabağ və deməli, Azərbaycan mədəni kodeksi ilə göstərib. Və Vensin Ermənistandakı ilk addımı başqasının mirasına doğru bir addım olub. Beləliklə, bu, diplomatiya xalçasıdır, yoxsa açıq siyasi mesajdır? (Əgər sonuncudursa, kimə ünvanlanıb?)”.
- “Qırmızı Ürəklər” proqramının qalibləri donorlarla görüşdü
- Tanınmış həkimə vəzifə verildi
- ADY sədri Türkmənbaşı Beynəlxalq Dəniz Limanında olub
- Azər Mursaqulov kollektivə təqdim edildi
- Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
- İrana aid tarixi əsərlər Çində yoxa çıxdı
- Bakı və Vaşinqtonun strateji tərəfdaşlığı - Detallar
- Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyub