Bu gün ölkə gündəmi Ramiz Mehdiyevin dövlət çevrilişi və hakimiyyət dəyişikliyi planları ilə çalxalanır. Milyonlarla büdcə vəsaitini talayan bir şəxsin ona göstərilən etimadı yerlə bir etməsi isə asan həzm ediləcək bir məsələ deyil. Təbii ki, Mehdiyevin cəzasını qanunla yanaşı, həm də tarix və cəmiyyət verəcək. Amma onun etdiklərini təmizləmək üçün xeyli zaman və siyasi qətiyyət lazımdır.
Elə dövlət rəhbərliyinin atdığı addımlar da məhz buna hesablanıb. Çünki Mehdiyev təkcə özünü yox, bütün qohumları və yaxınlarını da zamanla müxtəlif vəzifələrə yerləşdirməyi bacarıb. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev haqqında maraqlı məlumat paylaşıb.
Məlumata görə, Mehdiyev 2012-ci ildə oğlu Timuru Müdafiə Nazirliyində müavin postuna təyin etdirmək istəyirmiş. Lakin hansısa naməlum səbəblərdən bu təyinatı gerçəkləşdirə bilməyib. Ancaq maraqlı məqam ondan ibarətdir ki, MN-ə “xod” tapa bilməyən Ramiz Mehdiyev FHN-ə qapı açmağı bacarıb. Beləliklə, Timur Mehdiyev Kəmaləddin Heydərovun müavini olub və atası ilə bağlı yayılan son hadisələrə qədər vəzifədə qalmağı bacarıb.
Amma cəmiyyət olaraq biz Timur Mehdiyevin MN-də vəzifə ala bilməməsinə sevinməliyik. Çünki onda Nəcməddin Sadıqovla birləşərək Qarabağ məsələsində ciddi təxribatlara əl ata bilərdilər. Bu, bir versiya olsa da, atasının etdiklərini nəzərə alsaq, heç də qeyri-real görünmür.
Məlumatlar arasında Timur Mehdiyevin Göycə (sevan) gölünün sahilində pansionat tipli istirahət mərkəzlərinə, bahalı katejlərə və qayıqlara sahib olduğu da yer alır. Onun Ermənistandakı biznesini erməniəsilli şəxsin Moskvadan idarə etdiyi deyilir.
- Almaniyada azərbaycanlılara belə münasibət göstərirlər...
- İlham Əliyev yerli kanallara müsahibə verdi - VİDEO
- Timur Mehdiyevlə bağlı şok məlumat: FHN-ə yox, bu nazirliyə müavin gedəcəkdi, amma...
- Aşıq Namiq: Erməni mahnısı oxumusan, toyda bığını qırxıblar
- Elçin Quliyev müdafiə naziri təyin olunacaq? - DİQQƏTÇƏKƏN RUSİYA DETALI
- Abonentlərin nəzərinə: Bəzi ərazilərdə qaz kəsiləcək!
- Bu telekanalın yayımı 24 saatlıq dayandırılır
- "Sea Breeze"də 500 min kvadrmetr yer alan biznesmen kimdir?