Fövqəladə Hallar Nazirliyi Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
FHN-dən BUTA.TV-a verilən məlumata görə, bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, Qurban bayramı və 28 May – Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin daha etibarlı təmin olunması məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.
- 1631-ci gün: Rusiyanın itkiləri yeniləndi
- Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə - Video
- Prezidentin korteji Naxçıvanda - Video
- Prezident Naxçıvanla bağlı sərəncam imzaladı
- 37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
- “Koroğlu”da marşrut avtobusu dayanacağa çırpıldı - Video
- Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı
- XİN-dən Beynəlxalq Gənclər Günü ilə bağlı paylaşım