Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus daha bir neçə şirkət ləğv edilib.
BUTA.TV İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.
Qərara əsasən, "2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib. Bundan əlavə, 4, 5, 6, 7, 8, 9 və 10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri də ləğv olunduqlarını elan edib.
Xatırladaq ki, daha əvvəl 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması Məhdud Məsuliyyətli cəmiyyətləri və "1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası" MMC də ləğv olunduğunu elan edib.
- “Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
- Meyitləri tapılan qızla oğlan əminəvəsi olublar - Video
- Azərbaycanda işsiz şəxslərin sayı artdı
- Tanınmış müğənni iki rayonu birləşdirən yol çəkdi - Video
- Meşədən meyitləri tapılan gənclər əminəvəsi olublar - Video
- Yeni səfirlərimiz onlar oldu - Foto
- "Qaçqınkom" köçlə bağlı narazılıqlara cavab verdi
- 1631-ci gün: Rusiyanın itkiləri yeniləndi