"Dünyagöz" xəstəxanasının baş həkimi Kənan Yıldırım barəsində cinayət işi açılıb.
BUTA.TV Qaynarinfo-ya istinadla xəbər verir ki, məsələ 2024-cü ildə V.G. adlı şəxsin sol gözündə aparılan katarakt əməliyyatından sonra həmin gözün görmə qabiliyyətini itirməsi ilə bağlıdır.
V.G. iddia edir ki, əməliyyatdan sonra sol gözündə ciddi problemlər yaranıb. Onun sözlərinə görə, göz daxili təzyiq artıb, ağrılar isə dözülməz həddə çatıb. Pasiyent bununla əlaqədar Bakının müxtəlif tanınmış göz həkimlərinə müraciət edib.
Şikayətçinin bildirdiyinə görə, həkimlərin rəyi əsasında həmin dövrdə sol gözdə katarakt əməliyyatının aparılması məqsədəuyğun olmayıb. Belə ki, ilkin müayinə zamanı torlu qişada qanaxmalar müşahidə edilib və bu vəziyyət sonradan rubeozis iridis və qlaukoma xəstəliyinin yaranmasına səbəb olub. Kənan Yıldırımın yol verdiyi tibbi səhv nəticəsində onun sol gözü ömürlük görmə qabiliyyətini itirib.
Məmurların adından “təcili” pul istəyirlər - Beynəlxalq araşdırma başladı
Pasiyent daha əvvəl Kənan Yıldırımdan şikayət etsə də, araşdırma nəticəsində "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar qəbul olunub.
Lakin V.G.-nin şikayəti əsasında işə yenidən Bakı Şəhəri Səbail Rayon Məhkəməsində baxılıb. Məhkəmə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarın ləğv edilməsinə və materialların əlavə araşdırma aparılması üçün aidiyyəti orqana göndərilməsinə qərar verib.
Qeyd edək ki, məhkəmənin qərarı Kənan Yıldırımın təqsirli bilinməsi anlamına gəlmir və məsələ ilə bağlı araşdırma davam etdiriləcək.
- Bakıda torpaq qiymətləri bir ayda 4% artdı
- Türkiyədən gələn TIR Zaqatalada "Şevrolet"i vurub aşırdı
- Aǧcabədidə yanğın törədən şəxs məsuliyyətə cəlb olundu
- “Bura arzular, istəklər verilişi deyil” - Hakimlər Komitəsinin sədri
- Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
- İki ay əvvəl ilk avtomobilini alıbmış... - Balakəndəki qəzanın təfərrüatı
- 10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlandı
- Bu gün və sabah geomaqnit qasırğası gözlənilir