Mədəniyyət Nazirliyi kitabxana strukturkalarında davamlı monitorinqlər həyata keçirir.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət Komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirə zamanı deyib.
Onun sözlərinə görə, son 3 il ərzindəki monitorinqlər zamanı kifayət qədər məlumat toplanıb:
"Burada aparılan islahatların nəticəyönümlü olması üçün təhlillər aparırıq. Bu təhlillər nəticəsində sistemin daha səmərəli və dayanıqlı olması üçün konseptual yanaşma irəli sürmüşük".
Məmurların adından “təcili” pul istəyirlər - Beynəlxalq araşdırma başladı
Adil Kərimli qeyd edib ki, bəzən cəmiyyət arasında səslənən "Mədəniyyət Nazirliyi kitabxanaları bağlayır, yaxud kitabxanalara soyuq yanaşma var" kimi fikirlər qəti şəkildə qəbuledilməzdir:
"Kitabxanalar dövlət üçün prioritetdir. Bu mənada, cəmiyyətin bilgi mədəniyyətinin formalaşmasında kitabxanaların rolu böyükdür".
Nazir bildirib ki, kitabxanalarla bağlı dünya standartları var ki, nazirlik bütün bu prinsipləri nəzərə alaraq yeni model formalaşdırıb.
- Bakıda torpaq qiymətləri bir ayda 4% artdı
- Türkiyədən gələn TIR Zaqatalada "Şevrolet"i vurub aşırdı
- Aǧcabədidə yanğın törədən şəxs məsuliyyətə cəlb olundu
- “Bura arzular, istəklər verilişi deyil” - Hakimlər Komitəsinin sədri
- Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
- 10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlandı
- Bu gün və sabah geomaqnit qasırğası gözlənilir
- DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq etdi