Xəbər verdiyimiz kimi, Bakının Nəsimi rayonu ərazisində yerləşən İzmit parkında söküntü aparılır.
Məsələ ilə bağlı BUTA.TV-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra hakimiyyətindən bildirilib ki, İzmit parkında işlər təmir məqsədlidir.
“Nəsimi Rayon Mənzil Kommunal-Təsərrüfatı Birliyi 20 Yanvar küçəsində yerləşən İzmit parkında mövcud olan idman qurğularının istismar müddətini başa vurduğuna görə təhlükəli vəziyyətə düşdüyünü bildirir. Ona görə də parkda cari təmir işləri çərçivəsində həmin qurqular sökülərək götürülüb. Təmiri mümkün olan avadanlıqlar təmir ediləcək, tam yararsız olan alətlərin isə yeniləri ilə əvəz olunması nəzərdə tutulub”, - qurumdan qeyd edilib.
- Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
- 10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlandı
- Bu gün və sabah geomaqnit qasırğası gözlənilir
- DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq etdi
- Azərbaycanlı tələbə Rusiyada Kadırova görə həbs edildi
- Əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır
- Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü çıxarıldı
- Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - Foto