Son günlər ölkə üzrə bəzi mağazalarda əsas istehlak məhsullarının qiymətlərində artım müşahidə olunur. Xüsusilə şokolad, kərə yağı, duru yağlar, məişət salfetləri kimi gündəlik istifadə olunan məhsullarda qiymət dəyişikliyi var.
BUTA.TV xəbər verir ki, bəzi məhsullar əvvəlki qiymətindən xeyli yüksək “standart qiymət”lə satışa çıxarılır, daha sonra isə endirim tətbiq edilərək qiymətlərin aşağı salındığı göstərilir. Lakin nəticədə endirimli qiymətin belə əvvəlki real satış qiymətindən yüksək olduğu üzə çıxır.
Şokolad məhsulları:
Alpen Gold: əvvəl 2.20 AZN olan qiymət 4.20 AZN-ə qədər yüksəlib. Hazırda endirimlə 2.60 AZN-ə təklif edilir;
Milka: əvvəl 3.20 AZN olan qiymət 5.50 AZN göstərilir. Endirimli satış qiyməti isə 3.40 AZN-dir.
Kərə yağı:
Anchor: əvvəl 19.00–21.00 AZN olan kilo qiyməti hazırda 24.95 AZN-dir. Endirimli qiymət 22.95 AZN göstərilir.
French Cow: əvvəl 20.00–22.00 AZN aralığında olan qiymət 28.90 AZN-ə qalxıb. Endirimlə 24.19 AZN-ə təklif olunur.
President: əvvəl 24–26 AZN olan qiymət 37.69 AZN-ə yüksəlib, endirimli satış isə 34.69 AZN-dir.
Azərsüd: əvvəl 19.00 AZN olan qiymət 23.50 AZN-ə qədər artıb.
Duru yağlar:
Zeytun yağı (Zeytun Bağları, 1 litr): əvvəl 15 AZN olan qiymət 19.19 AZN-dir. Endirimli satış qiyməti isə 17–18 AZN aralığında dəyişir.
Salfetka və məişət məhsulları:
3 qat, 6 rulon “Aura” mətbəx dəsmalı: əvvəl 9–10 AZN olan qiymət hazırda 14.19 AZN-dir. Endirimlə 10–11 AZN-ə satılır.
“Selpak” mətbəx salfeti (6 rulon): əvvəl 7–8 AZN olan qiymət 16.89 AZN-ə yüksəlib. Endirimli qiymət isə 9.99 AZN-dir.
Qeyd edək ki, endirimli qiymətlər hər zaman tətbiq olunmur və bəzi hallarda məhsullar yalnız “əsas qiymət”lə satışa çıxarılır.
- Oman sahillərində tanker yandı: itkilər var - Video
- Ordumuz Xəzərdə “düşməni” məhv etdi - Foto
- Vəzifəli şəxslər küçə itlərinin yempulunu da mənimsəyiblər
- Məktəblərdə dərsliklər yığılır
- “Son zəng”lə bağlı daha bir açıqlama: Bunlar qadağandır!
- Bakıda “Hunday” yandı - Video
- Bu kreditlər üzrə faizləri dövlət ödəyəcək – Rəsmi
- “Son zəng”də bunlar qadağandır - Rəsmi