Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə seminar keçirilib

14:55 - 11 İyun 2026 - CƏMİYYƏT

 Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə seminar keçirilib

Bugün Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə Silahlı Qüvvələr Gününə həsr olunmuş Ümumrespublika seminarı keçirilmişdir.

Seminarda İctimai Birliyin Bakı şəhəri və rayonlardakı müxtəlif klub və filiallarından idmançılar iştirak etmişdir.
Seminar Azərbaycanda Braziliya ciu-citsu döyüş sənətinin banisi Taleh Həsənovun başçılığı ilə keçirilmişdir.

Açılış sözü ilə çıxış edən ustad Taleh Həsənov iştirakçıları salamlayaraq seminarın məqsədi və ümumi gedişatı barədə, həmçinin qara kəmər sahibləri və yeni qoşulan idmançılar haqqında məlumat vermişdir.

Daha sonra İctimai Birliyin prezidenti Aqil Acalov çıxışında silsilə tədbirlərin tarixi günlərə həsr olunması və Silahlı Qüvvələr günü haqqında danışmış və bu yaxınlarda milli yığma komandanın Avropa çempionatında 4-cü yer qazanması münasibətilə idmançıları təbrik etmişdir. 
Seminar Azərbaycan Respublikasının Dövlət Himni və Şəhidlərimizin əziz xatirəsinin yad edilməsilə açıq elan olunmuşdur. 

Bu xəbər hal-hazırda çox oxunur
İrana qarşı hücumlar başa çatdı - Yenilənib

İdmançılar ustad Taleh Həsənov tərəfindən attestasiyadan keçirilərək müxtəlif kəmər dərəcələrilə təltif olunmuşlar. 
Seminarın sonunda idmançılara əldə etdikləri yeni dərəcə kəmərləri təqdim olunmuşdur.



Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol