ABŞ-nin kosmik texnologiyalar şirkəti “SpaceX”in rekord həcmli ilkin kütləvi səhmləşməsi (IPO) nəticəsində İlon Maskın sərvəti 1 trilyon dollar həddini aşaraq, onu dünyanın ilk trilyonçusu edib.
“BUTA.TV”nun “Reuters”ə istinadən məlumatına görə, “SpaceX”in IPO-su zamanı şirkət 75 milyard dollar vəsait cəlb edib.
Səhmlərin satışından əvvəl “Forbes” İlon Maskın sərvətini təxminən 780 milyard dollar qiymətləndirirdi. Yeni qiymətləndirmələrə əsasən isə onun xalis sərvəti 1,1 trilyon dolları ötüb.
Məlumata görə, Maskın sərvətinin əsas hissəsi “SpaceX”dəki payından formalaşır. Şirkətdəki səhmlərinin dəyəri təxminən 866 milyard dollar hesablanır. “Tesla” və digər biznes aktivləri də nəzərə alındıqda, sahibkarın sərvəti trilyon dollarlıq həddi keçib.
54 yaşlı İlon Mask hazırda “Tesla”, “SpaceX”, “X” (keçmiş “Twitter”), xAI, “Neuralink” və “The Boring Company” kimi şirkətlərin rəhbəri və ya həmtəsisçisidir. Onun təsir dairəsi elektrik avtomobillərindən kosmik sənayeyə, süni intellektdən sosial mediaya qədər bir çox sahəni əhatə edir.
Bildirilir ki, investorların “SpaceX”ə marağı təkcə şirkətin fəaliyyət göstəriciləri ilə deyil, həm də Maskın biznes vizyonuna olan inamla bağlıdır.
Bununla yanaşı, Mask son illərdə “Tesla” ilə bağlı hüquqi çəkişmələr, səhmdarların narahatlıqları və siyasi fəaliyyəti səbəbindən tez-tez mübahisələrin mərkəzində olub. Buna baxmayaraq, investorların ona olan etimadı zəifləməyib.
“JPMorgan Chase”in baş direktoru Ceymi Daymon isə İlon Maskı "bizim Eynşteynimiz" adlandıraraq onun texnologiya və innovasiya sahəsindəki rolunu yüksək qiymətləndirib.
- Azərbaycanda bu məşhur məkana giriş pullu oldu - Video
- Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
- Komitə rəsmisindən valideynlərə müraciət: Erkən evlilik...
- "Əhmədli"də küçə satıcıları yığışdırıldı - Video
- Azərbaycanda vergi borcları 4 milyardı ötdü
- Toyu çəkən İTV əməkdaşlarına hücum edildi - Video
- Məşhur şadlıq sarayı 2,5 milyona satışa çıxarıldı - Foto
- Ravil Tağıyev vəzifəsindən azad edildi