Milli Məclis Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsinin qadağan olunmasını birinci oxunuşda qəbul edib.
BUTA.TV xəbər verir ki, bununla bağlı "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanuna dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi Şuşa şəhərində abidələrin qorunması ilə bağlı müddəanın dəqiqləşdirilməsi ilə əlaqədar Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Mədəniyyət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" müvafiq qanunvericiliyə uyğunlaşdırılması məqsədilə hazırlanıb.
Sənəddə abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağan edilir.
Məmurların adından “təcili” pul istəyirlər - Beynəlxalq araşdırma başladı
Vurğulanıb ki, dəyişikliklərin qəbulu normativ hüquqi aktlar arasında uyğunluğun təmin olunmasına xidmət edəcək.
- Hava limanı yolundakı yeni qurğular sürət ölçür? - Rəsmi
- Ağstafada kişi meyiti tapıldı
- İki qadının boğulması ilə bağlı araşdırma aparılır
- Özü qolf oynadı, raketlər onu qorudu - Video
- Babək prospektində avtomobil salonu yandı - Video
- Yağışlı havada maşın sürərkən ehtiyatlı olun!
- Beş rayonda işıq olmayacaq
- Həmin kameralar radar deyil - DİN-dən açıqlama - Video - Yenilənib