Saxlanılan gömrükçülərin üçü buraxıldı - Rəis müavini həbs edildi

16:48 - 13 İyun 2026 - GÜNDƏM

 Saxlanılan gömrükçülərin üçü buraxıldı - Rəis müavini həbs edildi

İyunun 11-də Baş Prokurorluğun İstintaq İdarəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatla bağlı yeni detallar məlum olub.

BUTA.TV” “Bakupost”a istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılan 4 gömrük əməkdaşından 3-ü sonradan sərbəst buraxılıb.

Məlumata əsasən, saxlanılan şəxslərdən biri - Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin növbə rəisi müavini İsmayıl Əliyev barəsində isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, iyunun 11-də Baş Prokurorluğun İstintaq İdarəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirdiyi, əməliyyat zamanı 4 əməkdaşın saxlanıldığı barədə məlumat yayılmışdı. Həmin şəxslərdən ikisinin qadın əməkdaş olduğu bildirilirdi.

Faktla bağlı araşdırmalar davam edir.

 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol