Bakıda tıxacların azaldılması üçün iş saatlarının dəyişdirilməsi müzakirə olunur. Amma indiki vəziyyətdə bunun ciddi effekt verəcəyini gözləmək çətindir.
BUTA.TV xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O bildirib ki, bu model əsasən tıxacların günün cəmi 1-2 saatında yarandığı şəhərlərdə işləyir:
"Bakıda isə səhərdən gecəyə qədər davam edən davamlı nəqliyyat yüklənməsini 1-2 saatlıq qrafik dəyişiklikləri ilə həll etmək mümkün deyil. Bu dəyişiklik məcburi və kütləvi xarakter daşıyarsa, kiçik müsbət təsirləri istisna deyil. Amma mənfi tərəfləri də olacaq. Belə ki, dövlət və özəl sektor arasında koordinasiya problemləri, ailələrin gündəlik planlamasında çətinlikləri, iş və sosial həyat balansının daha da pozulması kimi hallar yarana bilər. Həddindən artıq mərkəzləşmə dəyişmədən qalarsa, tıxac qaçılmaz olacaq".
- Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi...
- İspaniya Kabo-Verdeyə qarşı - Yenilənir
- Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
- “O, intriqa yaratmağı çox sevir” - Hər an DÇ-də ola bilər
- Sərnişin avtobusu “Renc Rover”lə toqquşdu: yaralılar var
- 20 ildir ki, o kuboku istəyir... - Fotolar
- Sumqayıtda əməliyyat: qadın saxlanıldı
- Tovuzda 39 yaşlı kişi kanalda batdı - Foto