FIFA Portuqaliya millisi və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz futbolçusu Kriştianu Ronaldonun dünya çempionatları tarixlərində çəkilən fotolarını paylaşıb.
“BUTA.TV” xəbər verir ki, mundialın rəsmi instaqram səhifəsində yayımlanan fotoxronikada portuqaliyalı ulduzun debüt etdiyi 2006, həmçinin 2010, 2014, 2018, 2022 və onun üçün sonuncu dünya çempionatı olacağı gözlənilən DÇ-2026-dan fotoları yer alıb.
Xatırladaq ki, zəngin karyerasına 5 “Qızıl top” (Ballon d'Or), 5 Çempionlar Liqası kuboku, 2 UEFA Millətlər Liqası çempionluğu və 1 Avropa çempionluğu sığışdıran 41 yaşlı portuqaliyalı ulduzun ən böyük hədəfi kolleksiyasında əskik olan yeganə titulu – dünya kubokunu qazanmaqdır.
Məlumat üçün bildirək ki, Pireney təmsilçisi iyunun 17-də K qrupunda Konqo DR seçməsini sınağa çəkəcək.






- Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir? - Video
- Buzovnada bir nəfər dənizdə batdı
- Tramp Türkiyəni gizli şəkildə hərbi təyyarə ilə tərk edib - Şok iddia
- Müctəba Xameneinin vəziyyətini - Açıqladı
- Anası ilə alış-verişə çıxmışdı, həmin gün həyatı əbədi dəyişdi - 24 il sonra evə döndü… - Fotolar
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video