Mühüm dəyişiklik gündəmdə: Evlər ucuzlaşacaq? - Video

01:45 - 27 İyun 2026 - CƏMİYYƏT

 Mühüm dəyişiklik gündəmdə: Evlər ucuzlaşacaq? - Video

Azərbaycan Qiymətləndiricilər Palatasının sədri bildirib ki, evlərin alqı-satqısı zamanı qiymətləndirmənin icbari qaydada tətbiqi üçün qanunvericiliyə dəyişiklik edilməlidir.

BUTA.TV Baku TV-yə istinadən xəbər verir ki, maraq doğuran əsas suallardan biri də budur: alqı-satqı zamanı məcburi qiymətləndirmənin tətbiqi mənzil bazarında qiymətlərin ucuzlaşmasına səbəb ola bilərmi?

Azərbaycan Qiymətləndiricilər Palatasının İdarə Heyətinin sədri Vüqar Oruc məsələyə münasibət bildirib.

"Bazarın inzibati üsullarla tənzimlənməsi hazırda mümkün deyil. Çünki sərbəst bazar iqtisadiyyatının prinsiplərinə əsasən, xüsusilə XXI əsrdə qiymətlər bazar iştirakçılarının davranışı ilə formalaşır. Onlara makroiqtisadi göstəricilər, bazardakı tələb və təklif nisbəti, eləcə də müxtəlif daxili və xarici amillər təsir göstərir", - deyə Vüqar Oruc bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol