Azərbaycanda hərbi xidmətə çağırışla bağlı yaş həddinin 35-dən 30-a endirilməsi dövlətin xərclərini azaldıb.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov APA İnformasiya Agentliyinə və REAL televiziyasına müsahibəsində deyib.
Xidmət rəisi bildirib ki, bu layihə hazırlanarkən Xidmət çoxlu aspektləri təhlil edib və nəticədə yaşı 30-dan yuxarı olanların sağlamlıq durumlarının gənclərlə eyni olmadığını, digər tərəfdən isə bu kateqoriyaya məxsus vətəndaşlarımızın əksəriyyəti ailəli olmaqla yanaşı, haradasa işləmələri haqda qənaətə gəldiyindən layihənin son versiyası işlənilib və aidiyyəti üzrə təqdim olunub:
“Cənab Prezident humanist addım ataraq bu dəyişikliyə razılıq verib və nəticədə qanunvericilik dəyişib. O ki qaldı xərclərin azalmasına, təbii ki, yaş həddinin aşağı salınması bu meyara da müsbət təsir göstərib”.
- Mayda çökən körpünün təmiri niyə ləngiyir? - Video
- Qanunsuz saxlanılan 9 tüfəng, 2 avtomat aşkarlandı
- Həbibbəylinin nadir əlyazmaya kobud davranışı... - Video
- “Qafqaz Qartalı - 2026”dan maraqlı görüntülər - Video
- “Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
- Azərbaycanda 9-cu sinif şagirdi vəfat etdi - Foto
- Bakıda 64 yaşlı kişi hərbi xidmətə çağırıldı
- Hərbi xidmətə çağırışla bağlı yaş həddinin 30-a endirilməsi...