Əpl (Apple) növbəti nəsil baza modellərində operativ yaddaşın həcmini gözləniləndən daha aşağı səviyyədə saxlayacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “TF İnternational Securities” analitiki Minq-Çi Kuo məlumat yayıb.
Analitikin iddiasına əsasən, standart Ayfon-18 və büdcə seqmentinə aid Ayfon-18E modeli cəmi 9 GB RAM ilə təchiz ediləcək. Bu, hazırkı baza modellərindəki 8 GB operativ yaddaşla müqayisədə cüzi artım olsa da, bazarda gözlənilən 12 GB RAM səviyyəsinə çatmayacaq.
Bildirilir ki, Əpl yeni A20 prosessoru ilə birlikdə hər biri 1,5 GB olan altı yaddaş çipindən ibarət konfiqurasiyaya üstünlük verib. Kuo bunun səbəbini komponentlərin yüksək qiyməti və tədarük zəncirindəki məhdudiyyətlərlə izah edib.
Prosessorun məhsuldarlığı təxminən 15% artacaq. Enerji səmərəliliyi A19 prosessoru ilə müqayisədə 30%-dək yaxşılaşacaq. Süni intellekt funksiyalarının işi daha da təkmilləşdiriləcək.
Ayfon-18 seriyasının ənənəvi olaraq 2026-cı ilin payızında, Ayfon-18E modelinin isə məlumatlar təsdiqlənərsə, 2027-ci ilin yazında təqdim olunacağı gözlənilir.
- Braziliya 1/8 finalda! - Video-Yenilənib
- “Nemetskiy şot” olur” - Həmin fotodan danışdı
- Zabit olmaq istəyənlərin diqqətinə!
- Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”+Video
- Ayfon-18-in bu xüsusiyyəti məyusluq yaradacaq
- Toğanalı–Kəlbəcər–İstisu yolunda son vəziyyət açıqlandı
- Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı - Foto
- Sabah bu ərazilərdə qaz olmayacaq