Dünya Çempionatında sensasiyalı çıxışı ilə diqqət çəkən Kabo-Verde milli komandası vətənə möhtəşəm qarşılanma ilə qayıdıb.
“BUTA.TV” xəbər verir ki, paytaxt Praya şəhərinin hava limanında minlərlə azarkeş “Mavi Köpəkbalıqları” ləqəbli komandanı alqışlarla qarşılayıb.
Komandanın ölkəyə dönüşü Kabo-Verdenin müstəqillik gününə təsadüf etdiyindən bayram əhval-ruhiyyəsi daha da yüksəlib.
Kabo-Verde ilk dəfə qatıldığı DÇ-də 1/8 finala yüksələrək ölkə futbolu üçün tarixi uğura imza atıb. Komanda turnirin ən yaddaqalan oyunlarından birində son dünya çempionu Argentina ilə qarşılaşıb. Əlavə vaxta gedən gərgin mübarizədə afrikalılar 3:2 hesabı ilə məğlub olsalar da, nümayiş etdirdikləri oyun dünya futbol ictimaiyyətinin rəğbətini qazanıb.
Milli komandanın baş məşqçisi Bubista hava limanında jurnalistlərə açıqlamasında komandasının uğurunun təsadüfi olmadığını bildirib: “DÇ-yə vəsiqə qazanmağımızın təsadüf olmadığını sübut etdik. Bunun üçün çox çalışdıq, əzmkarlıq göstərdik və ABŞ-dən başımız dik şəkildə qayıtdıq”.
Qeyd edək ki, təxminən 500 min əhalisi olan Kabo-Verde bu il DÇ-də ən böyük sürprizlərdən birinə imza ataraq ilk iştirakında pley-off mərhələsinə yüksəlmişdi. Argentina ilə dramatik oyunda məğlub olsa da, komanda turnirin ən çox rəğbət qazanan kollektivlərindən biri kimi yadda qalıb.
- Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqəsi vuruldu, partlayış oldu - Fotolar
- "Əpl məps"də Xankəndi "Stepanakert" göstərilir
- Ronaldodan tənqidçilərinə - Sərt mesaj - Video
- Tarix yazıb qayıtdılar, bayram bayrama qarışdı - Video
- "Nokia"dan sürpriz: Zəngləri telefonunuz cavablandıracaq!
- Messi haqqında yayılan eşq iddialarına ilk dəfə cavab verdi - Foto
- Sürücülük vəsiqəsi almaq istəyənlərə şad xəbər...
- Azərbaycanlı gənc Polşada faciəvi şəkildə öldü