6 iyul 1926-cı ildə Bakı–Sabunçu–Suraxanı xətti istifadəyə verilərək Azərbaycanda və keçmiş SSRİ məkanında ilk elektrikləşdirilmiş dəmir yolu kimi tarixə düşüb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən BUTA.TV-a verilən məlumata görə, həmin dövrdə inşa edilmiş Bakı–Sabunçu elektrikləşdirilmiş dəmir yolu vağzalı mühüm nəqliyyat qovşaqlarından birinə çevrilib.
"Elektriləşdirilmiş Bakı–Sabunçu–Suraxanı dəmir yolu ilə minlərlə sərnişin, o cümlədən neftçilər, sənaye işçiləri, Bakıətrafı yaşayış məntəqələrinə və regionlara daha sürətli və rahat səfər edirdilər.
Bir əsrlik zəngin irs bu gün daha müasir və dayanıqlı dəmir yolu xətləri ilə yaşadılır və gələcəyə daşınır", - məlumatda qeyd olunub.
- Rusiya səfiri XİN-ə çağırıldı - Nota verildi
- Azərbaycanda ilk: Muzeydə “arı havası” terapiyası - Video
- Bu marşrutda interval 30 dəqiqəyə qalxdı
- Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu
- Prezident sərəncam imzaladı
- Səbuhi Rəcəbin cəzası artırıldı - Dünya çempionu azadlıqda qaldı
- Səbuhi Rəcəbə hökm oxundu
- Sürətlə azalırıq – Rəsmi statistikalar şok edir