Sosial şəbəkələrdə Şıx çimərliyində dənizə iri diametrli boru vasitəsilə çirkab suyuna bənzər maddənin axıdılmasını əks etdirən görüntülər yenidən paylaşılıb.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mətbuat katibi Xanlar Mehdiyev BUTA.TV-a açıqlamasında bildirib ki, bu, yeni video deyil.
“Məlumat əməkdaşlarımız tərəfindən operativ şəkildə araşdırılmışdır. Araşdırma çərçivəsində Səbail rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Şıx çimərliyinə və ətraf ərazilərə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, sözügedən ərazidə gəmilərin yanalması məqsədilə müvafiq işlər aparılır.
Belə ki, gəmilərin limana təhlükəsiz yanalmasını təmin etmək məqsədilə xüsusi təyinatlı gəmilər vasitəsilə dənizin dib hissəsində dibdərinləşdirmə işləri həyata keçirilir. Bu proses zamanı dəniz dibindən çıxarılan qum və çöküntülərlə qarışmış su xüsusi boru vasitəsilə əraziyə ötürülür.
Yəni sosial şəbəkələrdə və bəzi media resurslarında çirkab su kimi təqdim edilən axıntı əslində çirkab su deyil, dibdərinləşdirmə işləri nəticəsində yaranan qumla qarışıq dəniz suyudur”, - o qeyd edib.
- Bakı-Naxçıvan aviareysləri təxirə salındı
- Güclü külək əsəcək – Xəbərdarlıq
- Rusiya səfiri XİN-ə çağırıldı - Nota verildi
- Azərbaycanda ilk: Muzeydə “arı havası” terapiyası - Video
- Bu marşrutda interval 30 dəqiqəyə qalxdı
- Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu
- Prezident sərəncam imzaladı
- Səbuhi Rəcəbin cəzası artırıldı - Dünya çempionu azadlıqda qaldı