Saxta onlayn mağazalarla bağlı dələduzluq halları artır

15:15 - 6 İyul 2026 - GÜNDƏM

 Saxta onlayn mağazalarla bağlı dələduzluq halları artır

Son dövrlər saxta onlayn mağazalar vasitəsilə dələduzluq halları artıb. Sosial şəbəkələr və müxtəlif internet saytları üzərindən fəaliyyət göstərən bu platformalar vətəndaşların bank kartı məlumatlarını ələ keçirərək maddi zərər vururlar.

Bu sözləri BUTA.TV-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

Ekspertin sözlərinə görə, saxta onlayn mağazaların əsas məqsədi vətəndaşların bank kartı məlumatlarını ələ keçirmək və onları müxtəlif üsullarla aldatmaqdır:

“Bu cür dələduzluqlarla mübarizə daha çox cinayəti törədən şəxslərin Azərbaycanda olduğu hallarda effektiv olur. Əgər dələduzlar xaricdə fəaliyyət göstərirlərsə, onların müəyyən edilərək məsuliyyətə cəlb olunması xeyli çətinləşir”.

Ekspert vətəndaşlara yalnız tanınmış və etibarlı onlayn mağazalardan alış-veriş etməyi tövsiyə edir:

“Tanınmayan internet saytlarına bank kartı məlumatlarını daxil etmək və həmin platformalar vasitəsilə ödəniş etmək ciddi risk yaradır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol