Rəsmi statistikaya görə, 2025-ci ildə Azərbaycanda 95 875 körpə dünyaya gəlib. Bu say 1947-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir.
BUTA.TV xəbər verir ki, bu sözləri sabiq deputat Fərəməz Novruzoğlu qeyd edib.
“Əhalinin hər 1000 nəfərinə düşən doğum nisbəti 9,4-ə enib ki, bu da rəsmi qeydiyyatın aparıldığı 1935-ci ildən bəri ən aşağı həddir. Hazırda ölkə əhalisi 10 milyondan çox olsa da, uşaq doğumu əhalinin sayının cəmi 5 milyon olduğu 1970-ci illərdəki səviyyədən belə xeyli azdır.
Son 4 ilin statistikası belədir:
- 2022-ci il: 122 846 uşaq;
- 2023-cü il: 112 620 uşaq;
- 2024-cü il: 102 310 uşaq;
- 2025-ci il: 95 875 uşaq.
2024-cü ildə doğulanların sayı 102 310 nəfər, ölənlərin sayı 58 909 nəfər idisə, 2025-ci ildə doğulanlar 95 875 nəfərə geriləyib, ölənlər isə 59 834 nəfərə yüksəlib. Nəticədə, cəmi bir ildə təbii artım 43 401 nəfərdən 36 041 nəfərə düşüb”, - o vurğulayıb.
Həmçinin bildirib ki, hər 1000 nəfərə düşən ölüm əmsalı 5,7-dən 5,8-ə yüksəldiyi halda, müstəqilliyin ilk ili olan 1991-ci ildə hər 1000 nəfərə 20,4 nəfər olan təbii artım səviyyəsi bu gün rəsmən 3,6 nəfərə geriləyib - 1991-ci ildə 7 milyon idik, amma 190 353 doğum qeydə alınmışdı:
“Ölkədə nikah və boşanmaların statistikası:
- 2022-ci il: 61 939 nikah / 15 983 boşanma;
- 2023-cü il: 54 200 nikah / 21 688 boşanma;
- 2024-cü il: 49 508 nikah / 21 384 boşanma;
- 2025-ci il: 48 546 nikah / 20 675 boşanma.
2025-ci ildə doğulan uşaqların 53,1 faizini oğlanlar, 46,9 faizini qızlar təşkil edib, 3 170 əkiz və 117 üçəm doğulub. Lakin bu bioloji göstəricilər ümumi çökməni dayandıra bilmir.
Üstəlik, cari 2026-cı ilin ilk 4 ayında (yanvar–aprel) 11 422 nikah və 6 443 boşanma qeydə alınıb. Nikah əmsalı hər 1000 nəfərə 4,4-dən 3,4-ə düşüb, boşanma əmsalı isə 1,9 təşkil edir.
Ən acınacaqlısı odur ki, boşanmaların böyük payı 10–19 il davam edən evliliklərin payına düşür; təkcə ötən il 20 ildən artıq evli olan 2 681 cütlük boşanıb”.
- Bakı-Naxçıvan aviareysləri təxirə salındı
- Güclü külək əsəcək – Xəbərdarlıq
- Rusiya səfiri XİN-ə çağırıldı - Nota verildi
- Azərbaycanda ilk: Muzeydə “arı havası” terapiyası - Video
- Bu marşrutda interval 30 dəqiqəyə qalxdı
- Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu
- Prezident sərəncam imzaladı
- Səbuhi Rəcəbin cəzası artırıldı - Dünya çempionu azadlıqda qaldı