Yunanıstandan Almaniyaya uçan “Ryanair” aviaşirkətinə məxsus sərnişin təyyarəsində havaya qalxdıqdan qısa müddət sonra yaşanan insident sərnişinlər arasında böyük panikaya səbəb olub.
“BUTA.TV” xəbər verir ki, Salonikidən Memmingenə uçan “Boeing 737-800” təyyarəsi təxminən 20 min fut yüksəklikdə olarkən güclü partlayış səsi eşidilib.
İlkin ehtimallara əsasən, mühərrikdən qopan detal sərnişin pəncərələrindən birinə dəyərək onu sındırıb.
Hadisə zamanı pəncərənin yanında əyləşən 61 yaşlı serbiyalı sərnişinin başı və çiyinləri qəfil hava axınının təsiri ilə təyyarədən çölə çıxıb. Təhlükəsizlik kəmərinin bağlı olması daha ağır nəticələrin qarşısını alıb.
Sərnişinin həyat yoldaşı və təyyarədə olan digər şəxslər onu ayaqlarından tutaraq salona qaytarmağa çalışıblar. Təxminən beş dəqiqə davam edən gərgin anlarda təyyarədəki oksigen maskaları avtomatik açılıb.
Hadisədən sonra pilot marşrutu dəyişərək təcili şəkildə Saloniki hava limanına eniş edib. Aviaşirkətin yaydığı açıqlamada bildirilib ki, təyyarə təhlükəsiz şəkildə yerə endirilib və sərnişinlər başqa bir reyslə səfərlərini davam etdiriblər.
Boyun nahiyəsindən xəsarət alan və bədənində sıyrıqlar yaranan 61 yaşlı sərnişin xəstəxanaya çatdırılıb. Təyyarədə olan hamilə qadın da ehtiyat tədbiri olaraq tibbi müayinədən keçirilib. Hər iki şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
- Təyyarənin pəncərəsi sındı, sərnişin yıxılmaqdan son anda xilas edildi - Dəhşətli anlar - Video
- Ronaldonun arzusunu gözündə qoyan “super əvəzedici” - Bu dəfə də xilaskar oldu
- İspaniya yarımfinalda - Fransaya rəqib olur - Yenilənib - Video
- Emin Kerem Bursinə Bakıda hədiyyə verdi - Video
- “Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi” - Açıqlama
- Biləsuvarın bu ərazilərində işıq olmayacaq
- Zeynəbin axtarışlarına helikopter də cəlb olundu - Video
- Prezident beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - Fotolar