Fatimənin qatili hava limanında saxlanıldı - Video

11:57 - 11 İyul 2026 - GÜNDƏM

 Fatimənin qatili hava limanında saxlanıldı - Video

Gürcüstanda Azərbaycan vətəndaşı Fatimə Kərimovanı qətlə yetirməkdə ittiham olunan Emin Əliyev Batumi Beynəlxalq Hava Limanında saxlanılıb.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Məlumata əsasən, təqsirləndirilən şəxsin həbsi Türkiyə və Azərbaycan hüquq-mühafizə orqanları ilə sıx koordinasiya şəraitində, həmçinin Gürcüstanın Türkiyədəki polis attaşesinin birbaşa iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, qətl hadisəsi iyunun 25-də baş verib.

Bu xəbər hal-hazırda çox oxunur
“İran istədi, razılaşdıq” - Tramp

Ağcabədi rayon sakini Fatimə Kərimova qohumu Emin Əliyev tərəfindən Gürcüstanda qətlə yetirilib.

Fatimə Kərimova tanışı Kənan Əliyevlə birlikdə Gürcüstana gedib. Məlumata görə, Kənan Əliyev Fatimə Kərimovanın pasportunu cıraraq onun Azərbaycana qayıtmasına mane olub. Azərbaycana qayıda bilməyən Fatimə Kərimova qohumu Emin Əliyevdən kömək istəyib. Emin Əliyev Gürcüstana gedərək Fatiməni boğaraq öldürüb və Gürcüstandan Türkiyəyə qaçıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol