Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhərinin Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.
FHN-dən BUTA.TV-a verilən məlumata görə, təlimdə əsas məqsəd xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatlarının keçirilməsi, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Cənub” dalğıc-axtarış qrupunun, Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı hərbi hissəsinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Cənub regional şöbəsinin əməkdaşlarının iştirak etdiyi təlimdə şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı xilasedicilər “zərərçəkmişləri” xilas edərək ilkin yardım göstərdikdən sonra “aidiyyəti üzrə təhvil veriblər”.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
- Nazirlər Kabineti peşəkar mühasiblərə dair qərarını dəyişdi
- Baş nazirdən yeni qərar...
- Ucuz mənzillər hələ də satışdadır - Video
- Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək
- Təltif edilmiş əməkdaşlara vəsiqələr və medallar təqdim olunub
- “ABB-Qarabağ FK” kobrend kartını artıq ABB-dən sifariş etmək olar
- Qəbul imtahanında dörd nəfər 400 bal topladı
- Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır