Azərbaycanda təşkili nəzərdə tutulan "Birliyin Gücü – 2026" birgə hərbi təlimin planlaşdırma konfransı keçirilib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilən konfransda Azərbaycanla yanaşı Türkiyə, İran, Qırğızıstan, Özbəkistan və Pakistanın nümayəndə heyətləri iştirak ediblər.
Qonaqları salamlayan general-leytenant Azər Əliyev ölkələr arasında hərbi əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.
Bildirilib ki, "Birliyin Gücü – 2026" birgə hərbi təlimin əsas məqsədi ölkələrin orduları arasında əməkdaşlığın genişləndirilməsi, şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin dayanıqlı sülhə və təhlükəsizliyə töhfə verməkdir.
Tədbir iştirakçılarına təlimin sualları, ssenarisi və yerinə yetiriləcək döyüş epizodları haqqında ətraflı məlumat verilib.
Konfrans çərçivəsində qonaqlar təlim keçiriləcək ərazi ilə əyani tanış olaraq, tapşırıqları dəqiqləşdiriblər.
Sonda iştirakçı ölkələr konfransın yekununa dair protokol imzalayıb, maraq doğuran digər məsələlər haqqında ətraflı fikir mübadiləsi aparıblar.
- Ömər Eldarovun vəziyyəti pisləşdi - Açıqlama-Yenilənib
- Bağçalarla bağlı yeni qayda təsdiqləndi
- Günün qəhrəmanlarının - Fotoları
- AQTA heyvanların daşınması məsələsinə aydınlıq gətirdi
- Hərbi Prokurorluqda əməliyyat müşavirəsi oldu
- Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi
- Nazirlər Kabineti peşəkar mühasiblərə dair qərarını dəyişdi
- Baş nazirdən yeni qərar...