Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” növbəti avrokubok sınağına çıxacaq.
“BUTA.TV” xəbər verir ki, Ağdam təmsilçisi doğma meydanda Bolqarıstanın SSKA Sofiya klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək. Oyunu italiyalı hakim Daniele Çiffi idarə edəcək.
Komandalar arasında cavab görüşü iyulun 30-da Sofiyada baş tutacaq.
Bu cütün qalibi III təsnifat mərhələsində Moldova təmsilçisi “Şerif”lə İsrailin “Makkabi” (Tel-Əviv) komandaları arasında keçiriləcək qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.
23 iyul
UEFA Avropa Liqası
II təsnifat mərhələsi – ilk oyun
20:00 . “Qarabağ” (Azərbaycan) – SSKA (Bolqarıstan)
Baş hakim: Daniele Çiffi (İtaliya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
***
Komandaların start heyətləri bəlli olub:
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bədavi Hüseynov (k), Bense Varkonyi, Bruno Lanqa, Pedro Bikalyo, Marko Yankoviç, Oleksey Kaşuk, Kadi Borges, Abdullah Zubir, Zakaria Savo
Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, Martin Zlomisliç, Jali Muaddib, Joni Montiel, Bəhluk Mustafazadə, Musa Qurbanlı, Cebrail Makretski, Renaldo Sefas, Hikmət Cəbrayılzadə, Elvin Cəfərquliyev, Əli Bəşirov
SSKA: Fedor Lapuxov, Pastor, Fakundo Rodrigez, Teodor İvanov, Angeli Martino, Maks Ebonq, Jan-Filipp Qbamin, Brundo Jordao, Stefano Sensi, Leandro Qodoy, İoannis Pittas
Ehtiyat oyunçular: Dimitar Evtimov, Tamimou Ourou, Andrey Yordanov, Aleks Tunçev, Mohamed Amin Brahimi, Petko Panayotov, Vasil Kaymakanov, Leo Pereyra, Alexandro Piedrahita, Georgi Çorbadjiyski, İsaak Solet, Joel Zvarts
***
Matç başladı.
***
Fasilə.
***
İkinci hissə başladı.
***
Kadi Borges 59-cu dəqiqədə fərqlənsə də, oyundankənar vəziyyətə görə qol qeydə alınmır.
***
Matç qolsuz bərabərliklə yekunlaşır.
- Qapılar açılmadı... - Fotolar
- MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili
- İş adamının mülklərinə qadağa qoyuldu - Siyahı
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi
- Cəbrayılda mina partladı - Xəsarət alan var+Yenilənib
- “Qarabağ” qolsuz bərabərliklə razılaşır - Video-Yenilənib
- Bu universitetə magistr qəbulu ləğv edildi
- Cəlilabadda park salırdılar, qədim dövrə aid əşyalar tapdılar - Foto