ABŞ-nin İndiana ştatında 2025-ci ildə 26 yaşlı qadının ölümü ilə nəticələnən atışmada təqsirli bilinən 15 yaşlı CoMacze Larri 100 il müddətinə azadlıqdan məhrum edilib.
“BUTA.TV” xəbər verir ki, Madison dairəsi məhkəməsində hakim Devid Happ tərəfindən çıxarılan hökmə əsasən, Larri qətl ittihamına görə 50 il, cinayətkar təşkilata üzvlüklə bağlı cəzanın ağırlaşdırılmasına görə isə əlavə 50 il həbs cəzası alıb.
O, hadisə zamanı 14 yaşında olub. Hadisə 2025-ci ilin fevralında Anderson şəhərində gecə klubunun qarşısında baş verib.
Prokurorluğun məlumatına görə, hücumun məqsədi 2023-cü ildə baş vermiş başqa bir qətllə bağlı şahidlik etməsi gözlənilən şəxsi öldürmək olub. Lakin hücum zamanı 26 yaşlı Dayla Sveyn güllələnərək öldürülüb.
İstintaqa görə, Larri və digər təqsirləndirilən şəxslər nəzərdə tutulan hədəfi izləyib və hücumu əvvəlcədən planlaşdırıblar.
Eyni iş üzrə 19 yaşlı Rəşon Samyuelz də təqsirli bilinib. Digər təqsirləndirilən Keyri Krever isə iyulun əvvəlində 90 il həbs cəzasına məhkum edilib.
İş üzrə dördüncü təqsirləndirilən şəxsin məhkəməsinin isə ilin sonlarında keçirilməsi gözlənilir.
İndiana qanunvericiliyinə əsasən, cinayəti törətdiyi zaman 18 yaşından kiçik olan Larri müəyyən müddət həbsdə qaldıqdan sonra cəzasına yenidən baxılması üçün məhkəməyə müraciət etmək hüququna malikdir.
- Evdən 18 yaşlı gəncin meyiti tapıldı
- Bu binada cəmi 5 ailə qalıb - Onlar da şikayətçidir
- Prezidentdən Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım
- Azərbaycanda zəlzələ oldu
- Nəriman Həsənzadə vəfat etdi
- 14 yaşında cinayət törətdi, 100 il həbs cəzası aldı
- Afrikada yerləşən Avropa - 500 illik mübahisə necə alovlandı? - Fotolar
- Bu universitetlərdə boş yerlər qalacaq