Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası avqustun 1-dən etibarən ölkədə bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq edilməsi ilə məsələyə aydınlıq gətirib.
“BUTA.TV” ABA-ya istinadən xəbər verir ki, son illərdə Azərbaycanda ödəniş ekosisteminin inkişafı və nağdsız hesablaşmaların genişlənməsi istiqamətində əhəmiyyətli irəliləyiş müşahidə olunur.
Bildirilib ki, ölkədə həyata keçirilən ardıcıl islahatlar, rəqəmsal maliyyə xidmətlərinin genişlənməsi və innovativ ödəniş həllərinin tətbiqi nəticəsində nağdsız ödənişlərin həcmi və əhatə dairəsi davamlı olaraq artır: “Ödəniş infrastrukturunun modernləşdirilməsi və rəqəmsal bankçılıq xidmətlərinin genişlənməsi həmçinin, bu sahə üzrə risklərin daha effektiv idarə edilməsini və qanunvericiliyin tələblərinin təmin olunmasına diqqətin artırılmasını zəruri edir.
Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) tərəfindən bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı yanaşmanın tətbiq olunması ilə bağlı razılaşma əldə edilib.
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
Sözügedən yanaşmaya əsasən, ödəniş xidməti istifadəçilərinə məxsus olan hər bir ödəniş aləti üzrə gündəlik olaraq maksimum 5 sayda, aylıq olaraq isə maksimum 20 min manatadək mədaxil əməliyyatlarının həyata keçirilməsi imkanı nəzərdə tutulur. Bu çərçivədə, həmçinin, banklar və elektron pul təşkilatları tərəfindən ödəniş xidməti istifadəçilərinə onların hər bir hesabına bağlı istənilən maliyyə xidməti məhsulu üzrə yalnız bir ödəniş alətinin təqdim edilməsi nəzərdə tutulur. Xüsusilə vurğulamaq istərdik ki, indiki mərhələdə, ödəniş alətləri üzrə məxaric əməliyyatları ilə bağlı hər hansı limitin tətbiqi nəzərdə tutulmayıb”.
Qeyd olunub ki, bu yanaşma risk əsaslıdır və müştərilərin sağlam xarakterli mədaxil əməliyyatlarının məhdudulaşdırılmasını nəzərdə tutmur:
“Belə ki, bank və elektron pul təşkilatı müştərilərinin özlərinə və yaxın qohumlarına aid olan ödəniş alətləri üzrə mədaxil əməliyyatları qeyd olunan limitlərin tətbiqindən istisna edilir: “Eyni zamanda, müştərilər tərəfindən aparılan əməliyyatlar barədə zəruri məlumatlar təqdim ediləcəyi və həmin əməliyatların müştərilərin risk profilinə uyğun olacağı hallar üzrə də limitlərin tətbiqi nəzərdə tutulmur. Analoji olaraq, ödəniş xidməti istifadəçiləri tərəfindən müvafiq əsaslandırmalar təqdim ediləcəyi təqdirdə, banklar və elektron pul təşkilatları tərəfindən onlara zəruri əlavə ödəniş alətlərinin təqdim edilməsi təmin olunacaq.
ABA və AzFina bir daha qeyd edir ki, sözügedən yanaşma sağlam ödəniş əməliyyatı təcrübəsinə malik olan ödəniş xidməti istifadəçiləri üçün hər hansı bir əlavə məhdudiyyət və ya çətinlik yaratmayacaq və onların gündəlik əməliyyatlarına mənfi təsir göstərməyəcək. Ödəniş xidməti istifadəçiləri rəqəmsal ödənişlərin üstünlüklərindən, o cümlədən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminal infrastrukturundan və elektron bankçılıq xidmətlərindən ənənəvi qaydada istifadə edərək öz ödəniş əməliyyatlarını icra etməyə davam edəcəklər”.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı və kommersiya bankları arasında əldə edilmiş razılığa əsasən ölkədə kartla əməliyyatlara (“card-to-card”) limitlər tətbiq edilib. Məlumat üçün bildirək ki, bu qərarla bağlı təkcə Azər Türk Bank rəsmi açıqlama yayıb. Digər banklar isə müştərilərə bu barədə heç bir xəbərdarlıq etməyib.
- Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır
- İki gün əvvəl dənizdə batan gəncin meyiti sahildə tapıldı
- Ramin Məmmədov onu rəis təyin etdi
- Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi
- Bakı-Tiflis qatarı: sərhəddə keçid müddətinin 2 dəfə...
- Bakının bu qəsəbəsində su olmayacaq
- Çalışdıqları marketi soydular
- Sabah hava necə olacaq?