Mal ətinin qiymətində dəyişiklik oldu - Video

22:33 - 5 Avqust 2026 - GÜNDƏM

 Mal ətinin qiymətində dəyişiklik oldu - Video

İsmayıllı rayonunda son iki gündə mal ətinin pərakəndə satış qiyməti bir manat artaraq 17 manatdan 18 manata yüksəlib.

BUTA.TV Xəzər TV-yə istinadən xəbər verir ki, qəssabların sözlərinə görə, bahalaşma satışa da ciddi təsir göstərib.

Alıcılar da qiymət artımını təsdiqləyirlər. Onların sözlərinə görə, qiymətlərdəki dəyişiklik gündəlik alış-verişə də təsirsiz ötüşmür.

Ət satıcıları bildirirlər ki, bahalaşma fərdi təsərrüfatlardan gətirilən diri heyvanların alış qiymətinin yüksəlməsi ilə bağlıdır. Qəssabların sözlərinə görə, diri heyvanların daha yüksək qiymətə alınması mal ətinin pərakəndə satış qiymətinə də təsir edib.

Bu xəbər hal-hazırda çox oxunur
Nigar Fərhadın əri həbs edildi


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol