Atasının pensiyasını almaq üçün meyitini illərlə dondurucuda gizlətdi

04:44 - 6 Avqust 2026 - GÜNDƏM

 Atasının pensiyasını almaq üçün meyitini illərlə dondurucuda gizlətdi

Yunanıstanda 55 yaşlı kişi atasının meyitini illərlə dondurucuda gizlədib onun təqaüdünü almağa davam etməkdə şübhəli bilinərək həbs edilib.

BUTA.TV” xəbər verir ki, Yunanıstan polisinin məlumatına görə, hadisə Peloponnes yarımadasında, Sparta yaxınlığındakı Mistra kəndində qeydə alınıb.

Sakinlərin 90 yaşlı təqaüdçü müəllimdən uzun müddətdir xəbər ala bilmədiklərini bildirməsindən sonra hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Axtarış zamanı yaşlı kişinin meyiti ailəyə məxsus istifadəsiz hotelin zirzəmisində yerləşən dondurucuda aşkar edilib.

Bu xəbər hal-hazırda çox oxunur
Nigar Fərhadın əri həbs edildi

İstintaqın ilkin nəticələrinə əsasən, saxlanılan şəxs atasının təxminən iki il yarım əvvəl öldüyünü və meyiti dondurucuya yerləşdirdiyini etiraf edib. Yerli sakinlər isə təqaüdçü müəllimi ən azı dörd ildir görmədiklərini bildiriblər.

Polis 90 yaşlı kişinin təbii səbəblərdən öldüyünü, hadisə ilə bağlı qətl şübhəsinin olmadığını açıqlayıb. Ölümün dəqiq səbəbi meyitin ekspertizasından sonra müəyyənləşdiriləcək.

55 yaşlı şəxs atasının təqaüdünü almağa davam etmək məqsədilə dələduzluq etmək, yalan ifadə vermək və evində pnevmatik silah aşkar edildiyi üçün silah qanunvericiliyini pozmaq maddələri ilə ittiham olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol