Dünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törətdiyi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-ci il təvəllüdlü Səmədov Əsgər Vəli oğlu və həyat yoldaşı 1954-cü il təvəllüdlü Hüseynova Adilə Soltan qızının yaşadığı evə oğurluq məqsədilə daxil olub. Daha sonra isə evə od vuraraq uzaqlaşıb.
Hadisə nəticəsində 85 yaşlı kişi və 72 yaşlı qadın həlak olub.
Vəfat edən şəxslərin oğlu bildirib ki, hadisə zamanı evdən 15 min manat pul oğurlanıb.
Məşhur şəlaləyə gedən yola şlaqbaum qoyuldu - Səbəb bu imiş- Video-Yenilənib
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə V.Baxşəliyev saxlanılıb.
Ahıl kişi ilə qadının yanğından əvvəl öldürülməsi və ya yanğın nəticəsində vəfat etmələri müəyyənləşdirilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Aslan Vəliyev
- Azərbaycanda işçi axtarılır - Əməkhaqqı 10 min manatdır
- Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - Video
- Azərbaycanda 10 min manat maaşla işçi axtarılır
- Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - Foto
- Qurban Qurbanovun qəzəbinin qarşılığı nə olacaq?
- Ər və arvadın yanaraq öldüyü hadisə qəsdən törədilibmiş
- Hava dəyişir: yağış, külək, dolu başlayır - Tarix açıqlandı
- Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb