Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi

13:24 - 8 Avqust 2026 - KRİMİNAL

 Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi

Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib.

BUTA.TV”nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub.

Polisin keçirdiyi tədbirlərlə E.Məmmədov saxlanılıb.

Belə ki, Tunar Məmmədov Gəncədə tərxun yetişdirilən istixanada çalışıb və oranın sahibinin 15 yaşlı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb. Məlum olub ki, onlar 10 manat pula görə mübahisə ediblər və bu insident ağır cinayətlə yekunlaşıb. Gəncə Ağır Cinayətlər Məhkəməsi yeniyetməyə 7 il 6 ay həbs cəzası verib.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda vergi borcları 4 milyardı ötdü

Hadisədən sonra Tunarın atası Etibar bıçaq götürərək həmin istixanaya gedib və işçilərin oradada çalışmamasını tələb edib, onlara obyektin fəaliyyətini boykot etməli olduqlarını deyib. Bu zaman istixananın mühafizəçisi 1984-cü il təvəllüdlü Ziya Cəfərov Tunarın atasına yaxınlaşaraq ərazini tərk etməsini tələb edib. Nəticədə, münaqişə yaranıb və Etibar Məmmədov üzərində gətirdiyi bıçaqla mühafizəçiyə zərbələr endirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1, 221.3 və 228.5-ci maddələri ilə iş başlanılıb.

Bıçaqlanan mühafizəçi Etibardan şikayətçi olmayıb.

Məhkəmənin hökmü ilə E.Məmmədova 5 il həbs cəzası verilib.

Fotoda Tunar Məmmədov


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol