Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.
BUTA.TV xəbər verir ki, Xocavənd rayonunun Quzeyxırman, Güneyxırman kəndlərinə və Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Quzeyxırman kəndinə 18 ailə - 82 nəfər, Güneyxırman kəndinə isə 21 ailə - 103 nəfər köçürülüb.
İlk mərhələdə Kiçik Qaladərəsi kəndinə 11 ailə - 39 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
- Onlar ölümündən sonra təltif edildi
- Prezident onlara ali hərbi rütbələr verdi
- Binədə futbol oynayan 26 yaşlı oğlan öldü
- Prezidentə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim olundu - Fotolar
- Bir-in korporativ süni intellekt yanaşması Ai4-2026-da təqdim olundu
- 2-ci Ay tutulması: Azərbaycanda 32 dəqiqə müşahidə olunacaq
- Polis Salyanda bu toyun qarşısını aldı
- Zakir Həsənovla Elçin Quliyev generalın dəfnində - Fotolar