Şəmkirdə ağır qəza - Ölənlərin sayı 6-ya çatdı+Yenilənib

18:56 - 17 Avqust 2026 - GÜNDƏM

 Şəmkirdə ağır qəza - Ölənlərin sayı 6-ya çatdı+Yenilənib

Şəmkirdə ağır yol qəzası baş verib.

BUTA.TV” xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “VAZ 2106” ilə “KİA” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı 3 nəfər hadisə yerində ölüb.

***

Qəzada ölənlərin sayı 4 nəfərə çatıb.

***

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində 3-ü uşaq, 2-si böyük olmaqla ümumilikdə 5 nəfər hadisə yerində həlak olub.

Dünyasını dəyişən şəxslərin Şəmkir rayonunun Mahmudlu kənd sakinləri olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb.

Araşdırma aparılır.

***

Qəza nəticəsində həlak olanlardan bəzilərinin kimliyi məlum olub.

Belə ki, hadisə zamanı 1992-ci il təvəllüdlü Hicran Həmzəyeva , 2018-ci il təvəllüdlü Zəhra Vəliyeva, 1988-ci il təvəllüdlü İlahə Məmmədova  və  2009-cu il təvəllüdlü Elvin Məmmədov həyatını itirib.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (4 kişi, 3 qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Müxtəlif bədən xəsarətləri alan pasiyentlərdən 2-nin vəziyyəti ağır, 5-nin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Hazırda hər birinə zəruri tibbi xidmətlər göstərilir.

Hadisə nəticəsində 2 nəfərin (1 kişi, 1 qadın) həkiməqədər ölüm faktı qeydə alınıb”, - deyə məlumatda qeyd edilib.

***

Qəza zamanı yaralanan 7 nəfərin də kimliyi məlum olub.

Belə ki, hadisə nəticəsində “VAZ” ın sürücüsü Əlizamin Aslanov, onun oğlu 2021-ci il təvəllüdlü Qoşqar Aslanov, 2010-cu il təvəllüdlü Zeynab Vəliyeva, Aygün Cəfərova, Zəminə Hüseynova, Seymur Hüseyinli və Elnur Hüseynov müxtəlif dərəcəli xəsarətlər alıblar.

***

Yaralılardan “VAZ 2106” markalı avtomobilin sürücüsü 1981-ci il təvəllüdlü Əlizamin Aslanov vəfat edib.

Yunis Quliyev




Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol