Şəmkirdə ağır qəza - Ölənlərin sayı 5-ə çatdı+Yenilənib

18:56 - 17 Avqust 2026 - GÜNDƏM

 Şəmkirdə ağır qəza - Ölənlərin sayı 5-ə çatdı+Yenilənib

Şəmkirdə ağır yol qəzası baş verib.

BUTA.TV” xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “VAZ 2106” ilə “KİA” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı 3 nəfər hadisə yerində ölüb.

***

Qəzada ölənlərin sayı 4 nəfərə çatıb.

***

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində 3-ü uşaq, 2-si böyük olmaqla ümumilikdə 5 nəfər hadisə yerində həlak olub.

Dünyasını dəyişən şəxslərin Şəmkir rayonunun Mahmudlu kənd sakinləri olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb.

Araşdırma aparılır.

***

Qəza nəticəsində həlak olanlardan bəzilərinin kimliyi məlum olub.

Belə ki, hadisə zamanı 1988-ci il təvəllüdlü İlahə Məmmədova  və  2009-cu il təvəllüdlü Elvin Məmmədov həyatını itirib.

Yunis Quliyev




Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol