Direktorların işə qəbulu ilə bağlı vacib məlumat

19:33 - 17 Avqust 2026 - GÜNDƏM

 Direktorların işə qəbulu ilə bağlı vacib məlumat

Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.

Bu barədə BUTA.TV-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Qeyd olunub ki, elektron qeydiyyat avqustun 18-i saat 11:00-da başlayacaq və avqustun 21-i saat 17:00-dək davam edəcək.

Namizədlər qeydiyyatdan elektron portal vasitəsilə keçə bilərlər.

Bildirilib ki, müsabiqə Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada, proqram təminatı vasitəsilə həyata keçiriləcək. Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarətdir.

Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran namizədlər müsahibəyə dəvət ediləcəklər. Müsahibəyə dəvət qaydalara uyğun olaraq ardıcıllıq əsasında həyata keçiriləcək.

Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılan müvafiq komissiyalar tərəfindən keçiriləcək. Namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, həmçinin sosial və emosional bacarıqları qiymətləndiriləcək.

Hər bir namizəd müsabiqənin nəticələri ilə "Şəxsi səhifə" vasitəsilə tanış ola biləcək.

Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol