Moskva son 2 ilin ən böyük dron hücumuna məruz qalıb.
“BUTA.TV” xəbər verir ki, bu barədə TASS şəhərin meri Sergey Sobyaninə istinadən məlumat yayıb.
Mer avqustun 17-si axşam saatlarından avqustun 18-i səhər saatlarınadək Moskva istiqamətində uçan 620 pilotsuz uçuş aparatının (PUA) qeydə alındığını, onlardan 180-nin vilayət ərazisində vurulduğunu açıqlayıb.
Moskva vilayətində dron hücumu nəticəsində 10 yaşlı uşaq da daxil olmaqla, 3 nəfərin xəsarət aldığı bildirilir. Bundan başqa, vilayətin Boqorodsk dairəsində yerləşən “Wildberries” anbarında yanğın baş verib.
Rusiyanın Rostov vilayətinin qubernatoru Yuri Slyusar isə regionun yeddi rayonunda 80-dən çox dronun məhv edildiyini açıqlayıb.
- Lökbatanda 15 gündür niyə su yoxdur?
- Bəxtiyar Həsənovun deportasiya görüntüləri - Video
- 5 nəfərin öldüyü qəzanın təfərrüatı: Ciyər axşamına gedirdilər...
- General oğlu vəzifəsindən azad edildi
- Rusiyada Azərbaycana qarşı təhqiramiz materiallar...
- Övladları əlindən alınan ana uşaqlarına qovuşdu - Foto
- Könül Qasımova yenidən həbs olundu
- Hərbi hissəni özbaşına tərk edən şəxs Rusiyada tutuldu