Sosial şəbəkələrdə avtomobillərin dövlət qeydiyyat nişanını gizlətmək üçün xüsusi vasitələr satılır. Bu qurğuların satışını həyata keçirənlər az olsa da, maraqlananlar kifayət qədərdir.
BUTA.TV Xəzər TV-yə istinadla xəbər verir ki, bəziləri etdikləri qayda pozuntularından qaçmaq, radarlardan yayınmaq üçün bu yola əl atırlar.
Amma qanunvericiliyin tələbinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına hər hansı formada müdaxilə etmək hüquqi məsuliyyət yaradır.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu kimi halların baş verməsi yolverilməzdir.
İdarə xəbərdarlıq edir ki, bu cür müdaxilə məsuliyyətdən yayınma vasitəsi deyil, əksinə, ayrıca inzibati məsuliyyət yaradan əməldir.
- Xocavənd şəhəri və Qırmızı Bazar qəsəbəsinin sakinləri ilə görüş...
- Bu universitetdə usta təmir işləri apararkən öldü
- DSMF 1 milyard 314 milyon manat müavinət və təqaüd ödəyib
- Şindan qalasında arxeoloji kəşfiyyat işlərinə başlanıldı
- Lökbatanda 15 gündür niyə su yoxdur?
- Bəxtiyar Həsənovun deportasiya görüntüləri - Video
- “Dedi ki, bərk sürürdüm, saxlaya bilmədim...” - Dəhşətli qəzanın təfərrüatı - Video
- 5 nəfərin öldüyü qəzanın təfərrüatı: Ciyər axşamına gedirdilər...