Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-iyul aylarında 1 milyon 68 min şəxsə 1 milyard 314 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.
BUTA.TV xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Onlardan:
-505 min nəfərə müavinət olaraq 738 milyon manat;
- 405 min nəfərə Prezident təqaüdü olaraq 474 milyon manat;
- 158 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 102 milyon manat ödəniş həyata keçirilib.
Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 13 faiz, təqaüdlər üzrə 14 faiz, sosial sığorta hesabına müavinətlər üzrə 8 faiz çox olub.
Bu ilin 7 ayında daha 86 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 966 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
- Tanınmış vəkil saxlanıldı
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi
- Sabah 1 şəhər və 3 rayonda qaz olmayacaq
- “Viki Mingəçeviri sevir” beynəlxalq düşərgəsi başa çatdı
- Baş nazirdən yeni qərar: bu qaydalar təsdiqləndi
- Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
- TƏBİB sədri baş həkimi işdən çıxardı - Yeni təyinat
- Sabah 37 dərəcə isti olacaq