Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.
DİM-dən BUTA.TV-a verilən məlumat görə, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 827 namizəddən (hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) 788 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.
Qəbul olunanların siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu "Rezidentura" jurnalının 4-cü nömrəsini avqustun 19-u günün ikinci yarısından etibarən abiturient.az saytından "PDF" formatda əldə etmək mümkün olacaq.
Birinin meyiti maşından, digərininki arxdan tapıldı - Yenilənib - Fotolar
Rezidenturaya qəbul olunanlar qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. Qeydiyyat 25 avqust saat 15:00-dan 3 sentyabr saat 18:00-dək davam edəcək. Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.
Rezidenturaya qəbul olunanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək və onlar qəbul olunanlar siyahısından çıxarılacaqdır. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmayacaqlar.
Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər də göstərilən müddətdə "mygov" platformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.
- Xankəndidə məşhur restoranda bıçaqlanma...
- Hacıqabulda qətl: bacısını öldürüb polisə təslim oldu
- Yeni ingilis səfir Prezidentin qəbulunda azərbaycanca danışdı - Fotolar
- Tanınmış vəkil saxlanıldı
- Sabah 1 şəhər və 3 rayonda qaz olmayacaq
- Baş nazirdən yeni qərar: bu qaydalar təsdiqləndi
- Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
- TƏBİB sədri baş həkimi işdən çıxardı - Yeni təyinat