Dəmir yolları ilə xam neft, mazut, dizel yanacağı və kerosin daşıyan çən-vaqonlar növbəti yükünü götürməzdən əvvəl xüsusi təmizləmə prosesindən keçir. “Azərbaycan Dəmir Yolları” QSC-də bu prosesin həyata keçirildiyi məkan Biləcəri yuyucu-buxarlayıcı stansiyasıdır.
BUTA.TV xəbər verir ki, 1936-cı ildən fəaliyyət göstərən stansiyada tünd və açıq neft məhsullarının daşınmasında istifadə olunan çən vaqonlar yuyulur və buxarla təmizlənir.
Proses necə aparılır?
Hər çən vaqon eyni qaydada yuyulmur. Təmizləmə üsulu və prosesin müddəti çəndə daha əvvəl daşınan məhsulun növündən - xam neft, kerosin, mazut, dizel yanacağı və ya TS-1-dən asılı olaraq müəyyənləşdirilir. Çənlərin daxilində qalan neft məhsulu qalıqlarının təmizlənməsi üçün yuma ilə yanaşı buxarlamadan da istifadə olunur.
Birinin meyiti maşından, digərininki arxdan tapıldı - Yenilənib - Fotolar
Prosesin maraqlı tərəflərindən biri isə istifadə olunan suyun dərhal tullantıya çevrilməməsidir. Yuma zamanı yaranan çirkli su qapalı drenaj sistemi ilə xüsusi təmizləyici qurğuya - flotatora ötürülür. Burada su neft məhsullarından təmizlənir və yenidən çən vaqonların yuyulmasında istifadə olunur, sudan ayrılan neft qalıqları isə emala yönəldilir.
Məlumat üçün qeyd edək ki, Biləcəri yuyucu-buxarlayıcı stansiyasında 2025-ci il ərzində 3374 çən vaqon, 2026-cı ilin ilk 7 ayında isə 1861 çən vaqon yuyulub.
Bu yanaşma ADY-nin əməliyyat proseslərində resurslardan səmərəli istifadə, ətraf mühitə mənfi təsirin azaldılması və dayanıqlılıq prinsiplərinin tətbiqinə verdiyi önəmin göstəricisidir. Suyun təkrar dövriyyəyə qaytarılması və neft qalıqlarının emala yönəldilməsi həm ekoloji təsirin minimuma endirilməsinə, həm də daha səmərəli və dayanıqlı fəaliyyət modelinin formalaşdırılmasına xidmət edir.
- Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
- Yuşenko Şəhidlər xiyabanını ziyarət etdi
- Neft daşıyan çən vaqonlar necə yuyulur? - Video
- Xankəndidə məşhur restoranda bıçaqlanma...
- Hacıqabulda qətl: bacısını öldürüb polisə təslim oldu
- Yeni ingilis səfir Prezidentin qəbulunda azərbaycanca danışdı - Fotolar
- Tanınmış vəkil saxlanıldı
- Sabah 1 şəhər və 3 rayonda qaz olmayacaq