Rusiya parlament seçkiləri günü ölkələrin Moskvadakı diplomatik nümayəndəliklərinin qarşısında nümayişlərin keçirilməsinin qadağan olunması ilə bağlı bütün dövlətlərin diplomatik qurumlarına nota göndərib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin seçkilərlə bağlı komissiyasının sədr müavini Maksim Rayder bildirib.
Onun sözlərinə görə, Moskva notalarda seçki məntəqələrinin qorunması üçün adekvat tədbirlər görülməsini, o cümlədən seçkilər günü nümayişlərin qadağan edilməsini xahiş edib:
“Bu aksiyaların səsvermənin təhlükəsizliyinə necə təhdid yaratdığı ilə bağlı konkret məlumat yoxdur. Rusiya xarici ölkələrin beynəlxalq öhdəliklərini vicdanla yerinə yetirəcəyinə ümid edir, lakin Moskva da əllərini yanına salıb oturmayacaq”.
Qeyd edək ki, IX çağırış Rusiya Dövlət Dumasına seçkilər sentyabrın 18-dən 20-dək - üç gün ərzində keçiriləcək.
- 40 tanker Hörmüz boğazından keçdi
- Sülhün qarşısında yeganə maneə odur - Sibiqa
- Rus ordusu bu şəhəri işğal etdi
- İranın mövqeyi bununla dəyişməyəcək - Vitse-prezident
- Moskvadakı bütün ölkələrin səfirliklərinə nota göndərildi
- Yük gəmisi Benqal körfəzində batdı
- Bununla Ermənistanla münasibətlərimizi korlayırlar - Zaxarova
- Bakıya 20 ildə 200 milyard dollardan çox sərmayə qoyulub - Eldar Əzizov açıqladı