Panama bayrağı altında üzən yük gəmisi Hindistanın şərqindəki Benqal körfəzində batıb.
BUTA.TV xəbər verir ki, bu barədə PTİ agentliyi məlumat yayıb.
Bildirilib ki, göyərtəsində 24 nəfər olan gəmi dəmir filizi yükü ilə Odişadan Sinqapura gedirdi.
Hazırda Hindistan Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələri axtarış-xilasetmə əməliyyatına başlayıb.
Məlumata görə, hakimiyyət orqanları hələ də neçə nəfərin xilas edildiyini müəyyən etməyə çalışır.
Gəminin hansı səbəbdən batdığı barədə məlumat verilməyib.
- İranın mövqeyi bununla dəyişməyəcək - Vitse-prezident
- Moskvadakı bütün ölkələrin səfirliklərinə nota göndərildi
- Yük gəmisi Benqal körfəzində batdı
- Bununla Ermənistanla münasibətlərimizi korlayırlar - Zaxarova
- Bakıya 20 ildə 200 milyard dollardan çox sərmayə qoyulub - Eldar Əzizov açıqladı
- Belə alçaqlar bağışlana bilməz - Medvedyev
- Bu ölkədə güclü zəlzələ oldu
- Daha bir HƏMAS komandiri öldürüldü