Avqustun 23-də Daşkənddəki “Kuksaroy” Dövlət İqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
“BUTA.TV” xəbər verir ki, Azərbaycanın və Özbəkistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qarşıladı.
Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Özbəkistanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Şavkat Mirziyoyevə təqdim edildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.
Dövlət başçıları birgə foto çəkdirdilər.













- Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
- “Starlink” böhranı: Zelenski müzakirəyə Makronu da qatdı
- Rusiyada bunlar var, amma benzin yoxdur - Novak
- Britaniya Rusiya gəmilərini bu cür aşkarlayacaq
- Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu - Fotolar - Video
- Şavkat Mirziyoyev Prezidentin səfəri ilə bağlı paylaşım etdi - Video
- Prezidentlərin görüşünə hazırlığın - Görüntüləri
- Rusiyada yanacaq böhranı nə vaxt bitəcək? Putin cavab gözləyir