Messinin varisi o oldu

05:50 - 3 Sentyabr 2026 - İDMAN

 Messinin varisi o oldu

Argentina millisinin baş məşqçisi Lionel Skaloni ulduz futbolçu Lionel Messinin beynəlxalq karyerasını başa vurmasından sonra əfsanəvi 10 nömrəli formanı 21 yaşlı Niko Paza verməyi planlaşdırır.

BUTA.TV” xəbər verir ki, bu qərarın Messi və Nikolas Otamendinin 2026-cı il Dünya Çempionatından sonra milli komandadan ayrılacağı ehtimalı fonunda verildiyi bildirilir.

ESPN-in məlumatına görə, Enzo Fernandes və Aleksis Mak Allister kimi ulduzlar da 10 nömrəli forma üçün namizədlər arasında olsa da, Skaloni seçimində Pazın üzərində dayanıb.

Argentinalı jurnalist Federiko Bueno bildirib ki, Skaloni milli komanda ilə müqaviləsini yeniləsə, 10 nömrəli forma Paza veriləcək. Onun sözlərinə görə, bu məsələ artıq komanda daxilində qərarlaşdırılıb.

“Komo”da çıxış edən Paz indiyədək Argentina millisində 18 nömrəli formanı geyinib.

Messi isə 2009-cu ilin martında Dieqo Maradonanın baş məşqçi olduğu dövrdə ilk dəfə 10 nömrəli formanı geyinib. Ulduz futbolçu bu forma ilə milli komandada 172 oyuna çıxaraq rekord müəyyənləşdirib.

Messidən əvvəl 10 nömrəli forma Dieqo Maradona, Ariel Orteqa, Xuan Roman Rikelme və Marselo Qallardo kimi əfsanələrə məxsus olub.

Paz klub səviyyəsində də 10 nömrəli forma ilə uğurlu çıxış edib. Gənc yarımmüdafiəçi “Komo”nun Çempionlar Liqasına tarixi vəsiqə qazanmasına 13 qol və 7 məhsuldar ötürmə ilə töhfə verib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol