Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşları arasında Kiyevdə baş verən atışmadan sonrakı münaqişə yalnız şiddətlənəcək.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı politoloq Yevgeni Kopatko deyib.
O bildirib ki, bu, elit qruplar və təhlükəsizlik orqanları arasında münaqişənin ilk əlamətidir və bu kimi qarşıdurmalar çoxalacaq.
Kopatko Baş Kəşfiyyat İdarəsinin keçmiş rəisi, Ukrayna Prezident Aparatının hazırki rəhbəri Kirill Budanov və keçmiş müdafiə naziri Mixaylo Fedorovun potensial prezidentlik ambisiyalarına işarə edərək, onların hərəkətlərinin Ukrayna hökumətində dərin dəyişikliklərə səbəb ola biləcəyini iddia edib.
MİDA adından saxta müqavilələr hazırlayanlar ifşa edildi - KMBİ-dən əməliyyat - Video
Ekspertin sözlərinə görə, 2 sentyabr gecəsi baş verən atışmaya bənzər hadisələr gələcəkdə təkrarlanacaq, elitalar arasında gərginliyə səbəb olacaq və bu da prezident Vladimir Zelenskinin əvəzlənməsinə gətirib çıxaracaq.
Qeyd edək ki, sentyabrın 2-nə keçən gecə Kiyevdə UTX və Baş Kəşfiyyat İdarəsinin zabitləri arasında silahlı atışma baş verib. Hadisənin təfərrüatları açıqlanmır.
- Putin pələnglə qarşılaşmasından danışdı
- Tramp: Maduroya yeni ittihamlar irəli sürüləcək
- Qürurumuz var, sizə yalvarmayacağıq!
- Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı
- Tramp yenidən Makronu ələ saldı - Video
- Ermənistan ruslara viza tətbiq etsə... - Zaxarova
- Yalandan atasının MİDA-da işlədiyini deyib pul aldı - Həbs olundu
- Heqsetə görə MN-in 20 yüksək vəzifəlisi istefa verdi